SON DƏQİQƏ! Borcu olan 92 nəfər saxlanıldı
Axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Həmçinin bildirilib ki, fevralın 25-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 15 fakt müəyyən edilib.