Sarayda yolu keçmək istəyən piyadanı maşın vurdu

Sarayda yolu keçmək istəyən piyadanı maşın vurdu
10.03.2026 02:03 Hadisə

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

TodayPress TV məlumat verir ki, hadisə Saray qəsəbəsi, "Yeni yol" adlanan ərazidə baş verib.

Belə ki, yolu keçmək istəyən piyadanı, 1956-cı təvəllüdlü Niyazi Rüstəmovu "Azsamand" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırma aparır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər