Salyanda qəza zamanı 10 yaşlı uşaq öldü

Salyanda qəza zamanı 10 yaşlı uşaq öldü
07.03.2026 20:48 Hadisə

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, qəza saat 18 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində ağır xəsarətlər alan piyada 10 yaşlı A.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər