Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi
04.08.2025 20:00 Hadisə

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.

TodayPress TV “E1.RU” portalı istinadən xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib.

İlkin məlumata görə, Şahin Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski avqustun 2-də Moskvada saxlanılıb və Yekaterinburqa aparılıb.

Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər