Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması olacaq
16.02.2026 21:30 Hadisə

Sabah ilin ilk halqalı Günəş tutulması olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.

Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq Günəş tutulmaları tam, halqalı, qismən və hibrid olmaqla bir neçə növə ayrılır. Günəş tutulmasının tam fazasının maksimum müddəti təxminən 7 dəqiqədir. Bu məhdudiyyət Ayın kölgəsinin Yer səthində əhatə etdiyi sahənin nisbətən kiçik olması ilə bağlıdır.

Müşahidəçi kölgədən yarımkölgəyə keçdikcə isə Ayın Günəş diskini örtmə faizi azalır və tam tutulma deyil, qismən Günəş tutulması müşahidə olunur. Qismən tutulmada örtülmə faizi də müşahidə məkanının coğrafi mövqeyindən asılıdır.

Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Bütün Xəbərlər