Qubada sel kəndi bu hala saldı - VİDEO
Quba rayonunun Qırız Dəhnə kəndində sakinlərin evləri sel təhlükəsi ilə üz-üzədir.
Bununla bağlı kənd sakinləri TodayPress TV-yə müraciət ediblər.
Sakinlər bildiriblər ki, güclü yağıntılar zamanı dağlardan gələn sel suları kənddə evlər üçün ciddi təhlükə yaradır.
“Xahiş edirik, aidiyyəti qurumlar bu məsələ barədə tədbir görsünlər”, - deyə sakinlər müraciətdə qeyd ediblər.
Vüsalə Nəciyeva