Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlandı

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlandı
23.08.2025 15:00 Hadisə

Paytaxtın Yasamal rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər