Qaxda toydan sonra xəstəxanaya düşən gənc öldü
26.07.2025-ci il tarixində saat 21:20 radələrində yıxılması səbəbilə 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Ona dəqiqləşdirilməmiş kəllə-beyin silkələnməsi, kəllə əsasının sınığı, burun-qulaq qanaxması diaqnozu təyin olunub.
Pasiyent dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib, lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq 27.07.2025-ci il tarixində saat 08:00 radələrində ölüm faktı qeydə alınıb.