Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
07.03.2026 10:34 Hadisə

Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 alışdırıcı, 8 tüfəng, 8 patron darağı və 900 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər