Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ

Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ
09.08.2026 19:20 Hadisə

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xətai rayonu, Bakı Neft Terminalı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan TodayPress TV-yə verilən məlumata görə, avqustun 9-u saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər