Müşfiq Abbasov BUNA GÖRƏ HƏBS OLUNUB - RƏSMİ

Hadisə

23.02.2026 18:38

Baş Prokurorluq hüquqşünas Müşfiq Abbasovun həbsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə bildirilib ki, Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.  

Məhkəmənin 23 fevral tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.

TodayPress TV

tag: Müşfiq Abbasov,Hüquqşünas,Həbs,Qərar,Todaypress.tv,