Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi

Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi
13.03.2026 14:39 Hadisə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Bərdə rayon şöbəsinin inzibati binasında Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Laçın, Xocalı şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə TodayPress TV-yə Xidmətdən məlumat verilib.

Bildirilib ki, qəbulda 4 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

TodayPress TV

FOTOLAR

Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 1
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 2
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 3
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 4
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 5
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 6
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 7
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 8
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul etdi — 9
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər