Müğənni Dəniz Əsədovanın şikayəti təmin edilmədi

Müğənni Dəniz Əsədovanın şikayəti təmin edilmədi
30.07.2025 14:20 Hadisə

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi şikayətə baxılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a vəkil, həmçinin iş üzrə xüsusi ittihamçı olan Asim Abbasov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovanın şikayəti təmin edilməyib və barəsində olan 7 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər