Minaya düşən Kamran Süleymanovun oğlu: "Atamın ayağı amputasiya olunmalıdır"

Minaya düşən Kamran Süleymanovun oğlu: "Atamın ayağı amputasiya olunmalıdır"
14.08.2026 18:34 Hadisə

Kəlbəcərdə minaya düşən 73 yaşlı Kamran Süleymanovun müalicəsi Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasında davam etdirilir.

TodayPress TV xəbər verir ki, Teleqraf-a bu barədə Kamran Süleymanovun oğlu Rəşid Süleymanov məlumat verib. O, atasının ayağının amputasiya olunacağını deyib:

"Atamın müalicəsi davam edir. Sağ ayağı amputasiya olunmalıdır. Hələlik əməliyyat edilməyib. Hadisə Sarıyataq adlanan ərazidə baş verib. Atam orada təsərrüfatla məşğul olurdu".

Hadisə ilə əlaqədar DİN, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər