Lənkəranda mağazada yanğın
Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.
TodayPress TV-nin məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA” adlanan ərazisində qeydə alınıb.
Hazırda FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi yanğının söndürülməsinə cəlb olunub.
Polis əməkdaşları tərəfindən yanğın baş verən ərazi nəzarətə götürülməklə mühafizə tədbirləri həyata keçirilib.