Lənkəranda açıq sahədə yanğın - VİDEO
Lənkəranda açıq sahədə yanğın başlayıb.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, yanğın günorta saatlarında Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın moruq sahəsini və kol-kosluq ərazini əhatə edir.
Ərazidə küləkli hava alovun yayılmasına səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb ediliblər.
Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.