Kür çayının kənarında kişi meyiti aşkarlandı

Kür çayının kənarında kişi meyiti aşkarlandı
26.07.2025 21:40 Hadisə

Qazax sakininin meyiti tapılıb.

TodayPress TV-nin məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kür çayının kənarında nasosxanada çalışan Birinci Şıxlı kənd sakini 1969-cu il təvəllüdlü M. Qurbanovun meyiti aşkarlanıb.

Onun ürək tutmasından öldüyü bildirilir. Hadisə yerinə aidiyyatı qrumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər