Kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanıldı

Kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanıldı
16.03.2026 10:21 Hadisə

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb.

Naxçıvan DİN-dən TodayPress TV-yə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də “TikTok” platformasında “ azturan83 ”, “ turanbank_az ”, “ azeturanbank ” və “ krediagro ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər