Kəlbəcərdə yük maşını dərəyə aşdı - Ölənlər var

Kəlbəcərdə yük maşını dərəyə aşdı - Ölənlər var
28.03.2026 21:10 Hadisə

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.  

TodayPress TV-nin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hovo" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.  Qəza zamanı yük avtomobilini idarə edən Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Tural İsmayılov ilə sərnişinlər – 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci il təvəllüdlü Elvin İsmayılov hadisə yerində həyatlarını itiriblər. 

"Hovo" markalı yük maşını isə "Amazon" şirkətinə məxsus olub. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər