Həbsdə olan sabiq hakimin daha bir məhkəməsi başladı
Hadisə
13.02.2026 17:34
Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov daha bir cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
TodayPress TV xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 27 fevrala təyin edilib.
Təqsirləndirilən Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.
Bundan öncə rüşvət ittihamı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
tag: Hakim,Məhkəmə,Qərar,Cəza,Todaypress.tv,
