Gültəkin Hacıbəyli ifadə verdikdən sonra sərbəst buraxıldı- Yeniləndi
Hadisə
25.02.2026 00:11
Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib. TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.
19:30
***
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.
TodayPress TV xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.
Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.
O, ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.
tag: Gültəkin Hacıbəyli,DTX,Polis,Deputat,Todaypress.tv,
