Göygöldə maşın piyadanı vurdu

Göygöldə maşın piyadanı vurdu
09.03.2026 10:31 Hadisə

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik maşını yolu keçmək istəyən 1987-ci il təvəllüdlü N.Ələsgərovu vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər