Göyçayda sakindən avtomat və narkotik götürüldü

Göyçayda sakindən avtomat və narkotik götürüldü
27.02.2026 10:29 Hadisə

Göyçayda saxlanılan şəxsdən narkotik vasitə və avtomat götürülüb.

DİN-dən TodayPress TV-yə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.

Onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə "Kalaşnikov" markalı avtomat və 126 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər