Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü

Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü
16.08.2026 15:11 Hadisə

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobilnin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər