Goranboyda 3 maşın toqquşdu, xəsarət alan var

Goranboyda 3 maşın toqquşdu, xəsarət alan var
01.08.2025 20:55 Hadisə

Goranboyda xəsarətlə nəticələnən yol qəzası olub.

TodayPress TV xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Belə ki, hərəkətdə olan "KİA" və iki "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1971-ci il təvəllüldü Habil Əşrəfov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər