Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu
Gəncədə iki piyadanı avtomobil vurub.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “Mercedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən iki nəfəri vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib.