Gəncədə yeniyetməni maşın vurdu
Gəncədə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır.
TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü A.Zeynallını maşın vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.