Gəncədə yanğın oldu - Zəhərlənənlər var

Gəncədə yanğın oldu - Zəhərlənənlər var
16.02.2026 20:40 Hadisə

Gəncədə yanğın olub.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Yanğın söndürülüb, yanğın zamanı 2004-cü il təvəllüdü G.Nəbiyeva,1989-cu il təvəllüdlü N.Mövsümov tüstüdən zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə aidiyyatı qurumaların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər