Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə qəza - Xəsarət alanlar var
27.08.2025 21:50 Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər