FHN: "Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış olub"

FHN: "Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış olub"
10.03.2026 11:31 Hadisə

Od çərşənbəsi zamanı tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində qeyd olunub.

Müraciətdə kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlindiyi bildirilib:

"Bu da sonda acı nəticələrə gətirib çıxarır. Bundan əvvəlki Od çərşənbəsi zamanı tonqalla bağlı nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edir, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər