FHN: 33 nəfər təxliyə edilib - VİDEO

FHN: 33 nəfər təxliyə edilib - VİDEO
28.03.2026 10:06 Hadisə

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Bu barədə FHN-dən TodayPress TV-yə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər