Epilepsiya xəstəsi kanala düşdü
Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb.
TodayPress TV "Report"a istinadən bildirir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.
Cəyirli sakini 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb.
O, xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun epilepsiya xəstəsi olduğu bildirilir.