Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var

Ələt-Astara yolunda QƏZA – Xəsarət alanlar var
12.08.2026 20:19 Hadisə

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

TodayPress TV xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.

Qəza nəticəsində 3 nəfər yaralanıb.

TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər