DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib

DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib
28.03.2026 13:20 Hadisə

Daxili İşlər Nazirliyi (DİN) yağışlı hava ilə əlaqədar bir sutkada 763 çağırışa reaksiya verib.

TodayPress TV xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub.

"Hazırda ölkə ərazisində DİN tərəfindən təşkil olunan xidmət gücləndirilmiş rejimdə davam etdirilir. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin icrası diqqətdə saxlanılır", - məlumatda vurğulanıb.

TodayPress TV

FOTOLAR

DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib — 1
DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib — 2
DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib — 3
DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib — 4
DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib — 5
DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib — 6
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər