DGK 80 kiloqrama yaxın narkotik aşkarladı

DGK 80 kiloqrama yaxın narkotik aşkarladı
24.02.2026 10:15 Hadisə

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

FOTOLAR

DGK 80 kiloqrama yaxın narkotik aşkarladı — 1
DGK 80 kiloqrama yaxın narkotik aşkarladı — 2
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər