Daha bir tiktoker saxlanıldı

Daha bir tiktoker saxlanıldı
12.03.2026 15:51 Hadisə

Polis daha bir tiktokeri saxlayıb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər