Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanıldı
İyulun 31-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.