Cəlilabadda yeniyetmənin meyiti tapıldı

Cəlilabadda yeniyetmənin meyiti tapıldı
10.03.2026 21:30 Hadisə

Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkar edilib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Tapılan meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu məlum olub.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər