Cəlilabadda avtomobil yanaraq kül oldu

Cəlilabadda avtomobil yanaraq kül oldu
03.08.2025 22:15 Hadisə

Cəlilabad rayonunda minik avtomobili yanıb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Zaur Ağayevə məxsus olan "VAZ 2106" markalı avtomobil qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin avtomobil tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər