Cəlilabadda avtomobil işıq dirəyinə çırpıldı

Cəlilabadda avtomobil işıq dirəyinə çırpıldı
12.03.2026 21:00 Hadisə

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında yerləşən işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və elektrik təsərrüfatına maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər