Buzovnada dənizdən meyit tapıldı

Buzovnada dənizdən meyit tapıldı
11.08.2026 09:19 Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Seymur Sadiq oğlu Allahverdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər