Binəqədidə qanunsuz tikili söküldü - VİDEO

Binəqədidə qanunsuz tikili söküldü - VİDEO
17.02.2026 11:06 Hadisə

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun rayonun Biləcəri qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə qanunsuz tikinti işlərinin aparılması aşkarlanıb.

TodayPress TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər