Biləsuvarda transformatorda baş verən qəza aradan qaldırıldı - YENİLƏNDİ
Biləsuvarda transformatorda baş verən qəza aradan qaldırılıb.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən məlumat verilib.
Qeyd edilib ki, Biləsuvar şəhərində 10 kV-luq xəttdə baş verən qəza artıq aradan qaldırılıb.
Ərazidə elektrik enerjisinin verilişi bərpa olunub.
***
12:45
Biləsuvarda transformator partlayıb.
TodayPress TV xəbər verir ki, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.
Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır.