Bakıda avtobusda yanğın baş verdi - VİDEO

Bakıda avtobusda yanğın baş verdi - VİDEO
12.08.2026 21:58 Hadisə

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər