Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO
Bakı-Sumqayıt yolunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV Unikal.az-a istinadla xəbər verir ki, qəza Ekologiya postu ilə Xırdalan dairəsi arasındakı yolda qeydə alınıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda sərnişinlərdən bir neçəsinin yüngül xəsarət aldığı bildirilir.
Hazırda həmin yolda tıxac yaranıb.