Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı

Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı
15.08.2026 00:03 Hadisə

Nardaranda ayağı su nasosunda qalan azyaşlı ölüb.

Bu barədə TodayPress TV-yə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü A.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər