Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qaldı - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qaldı - VİDEO
20.08.2026 19:08 Hadisə

"Azov Shipping" şirkətinə məxsus, Komor adaları bayrağı altında üzən "Volgo Balt 226" quru yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, ekipaj üzvləri arasında azərbaycanlı dənizçilərin də olduğu gəmi hazırda Trabzon limanı istiqamətində hərəkət edir. 

Hadisə nəticəsində heç bir itki olmayıb.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər