Dövlət qurumların saytlarına kiberhücumlar olub

Dövlət qurumların saytlarına kiberhücumlar olub
14.10.2026 09:20 Hadisə

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

TodayPress TV bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hazırda kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

***

8:51

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.

TodayPress TV xəbər verir ki, hazırda Nazirlər Kabinetinin (nk.gov.az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.

Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər