Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 4 qumbara, 4 alışdırıcı, 3 tüfəng, 3 patron darağı və 154 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər .