Avtomobil qadını vuraraq öldürdü

Avtomobil qadını vuraraq öldürdü
07.03.2026 23:50 Hadisə

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər